23 oktyabr 2026 10:40
102

Milli Məclisin deputatı Xanlar Fətiyev  vətəndaşları qəbul edib

98 saylı Bərdə-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Xanlar Fətiyev Tərtər rayonunun Evoğlu və Bərdə rayonunun Lək kəndlərində növbəti vətəndaş qəbulu keçirib.

Qəbul-görüşdən öncə həmin kəndlərdəki şəhidlərin xatirəsinə salınmış guşə və bulaq ziyarət olunub, önünə tər qərənfillər düzülüb. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onların problem və çətinliklərin  həlli istiqamətində tədbirlər görülüb, araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülüb.

Qəbul-görüşlərdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov iştirak ediblər.

Sonda sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirib, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.