01 avqust 2023 18:18
199

Kürdəmirdə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib

Kürdəmirdə “Heydər Əliyev ili”çərçivəsində Kürdəmir Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, rayonun icra başçısının müavini Vəsilə Əsgərli, YAP Kürdəmir rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ümummilli Liderin Azərbaycan dilinin inkişafı üçün gördüyü böyük işlərdən bəhs edilib.