02 avqust 2023 11:48
298

Azərbaycanda I yarımildə dəmir yollarında 7 piyada vurulub

Bu ilin I yarısında Azərbaycanda piyadaların qatar yoluna qəfil çıxması səbəbindən dəmir yollarında 7 hadisə baş verib.

“İki sahil” bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu hadisələr nəticəsində 4 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.