02 avqust 2023 13:11
309

Hesablama Palatası Mərkəzi Bankın yalnız inzibati-təsərrüfat fəaliyyətini yoxlaya biləcək

Kənar dövlət maliyyə nəzarəti yalnız Mərkəzi Bankın inzibati-təsərrüfat fəaliyyətini əhatə edəcək.

“İki sahil”in xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hesablama Palatası haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarəti Hesablama Palatası tərəfindən “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata keçirilir.