Türk Aerokosmik Sənayesi şirkəti (TUSAŞ) “Airbus” şirkəti ilə birlikdə Azərbaycan üçün təlim proqramları hazırlayacaq.
“İki sahil” xəbər verir ki, bununla bağlı Türk Aerokosmik Sənayesi şirkəti (TUSAŞ) çərçivəsində fəaliyyət göstərən TUSAŞ Akademiyası ilə “Airbus” şirkətinə daxil olan “AirBusiness Academy” arasında yeni əməkdaşlıq protokolu imzalanıb.
İmzalanan sənədə əsasən, TUSAŞ Akademiyası və “AirBusiness Academy” Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan və Qazaxıstanda birgə təlim proqramları təşkil edəcək, işçilərə fərdi inkişaf imkanları təklif edəcək və əməkdaşlıq sahəsində tədqiqatlara dəstək verəcək.