03 avqust 2023 11:39
240

Türkiyədə inflyasiya son doqquz ayda ilk dəfə artıb

Türkiyədə illik inflyasiya ardıcıl son doqquz ayda ilk dəfə artmağa başlayıb.

“İki sahil” xəbər verir ki, Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, iyul ayında inflyasiya 47,83%-ə kimi artıb. Ötən ay bu rəqəm 38,21% təşkil etmişdi.

Qeyd edək ki, iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 9,49%, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 31,14% artıb.