Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq “Heydər Əlyev İrsini öyrənək və təbliğ edək” adı ilə Şərur Rayon idarə, müəssisə və təşkilatlarında çalışan gənclər arasında Siyasi Biliklər Olimpiadası keçirilib.
“İki sahil” xəbər verir ki, 41 nəfər gəncin siyasi biliyini sınadığı olimpiadada Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev çıxış edərək respublikamızda gənclərin siyasi biliklərinin artırılması istiqamətində görülmüş işlərdən, dövlət gənclər siyasətinin öndə duran aktual bir məsələ olduğu barədə danışıb və 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq haqqında gənclərə məlumat verib.
Olimpiadanın keçirilməsi qaydaları barədə münsiflər heyətinin sədri Ramin Şükürov ətraflı məlumat verdikdən sonra start verilmiş olimpiadada iştirakçılar müəyyən olunmuş vaxt ərzində müvafiq sualları ətraflı cavablandıraraq münsiflər heyətinə təqdim ediblər.
Münsiflər heyətinin qiymətləndirmələrinə əsasən, Əzimov Qara 1-ci yerə,Vəliyev Rəbbin 2-ci yerə, Əliyev Sahib isə 3-cü yerə laiq görülüb, Cəfərova Şəhla isə fərqlənənib.
Sonda qaliblər və fərqlənənlərə Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının diplomları təqdim olunub.