04 avqust 2023 02:51
351

“Shell” sentyabrda neft kəşfiyyatı quyuları qazacaq

Misirin hökumət rəsmisi avqustun 2-də Asharq Business-ə bildirib ki, “Shell” sentyabr ayında ölkənin Aralıq dənizindəki yeni konsessiya ərazilərində  neft kəşfiyyat quyularının qazılmasına başlayacaq və birinci quyu üçün  şirkət 80 milyon dollardan çox sərmayə qoyacaq.

“Shell” konsessiya ərazilərində, yəni Nil Deltasındakı Şimal-Şərqi Amriya dəniz konsessiyası, həmçinin Şimali Sidi Qaber və Şimali Əl Fanar konsessiyaları üçün seysmik tədqiqatı yekunlaşdırıb.

Bu, “Shell”in elektrik stansiyalarının istismarı üçün lazım olan qaz təchizatı çatışmazlığı səbəbindən davam edən elektrik kəsilməsi fonunda regiondakı  əsas enerji mərkəzi olmaq planlarının bir hissəsidir.

Leyla Şıxəli, “İki sahil”