03 avqust 2023 19:50
308

Türkiyədən Azərbaycana polad ixracı 6,9 % azalıb

Bu ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana 69 milyon 977 min ABŞ dolları dəyərində polad ixrac olunub.

“İki sahil” xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,9 % azdır.

Təkcə iyulda isə Türkiyədən ölkəmizə 12 milyon 921 min ABŞ dolları dəyərində polad gətirilib. Bu da illik müqayisədə 46,1 % çoxdur.