04 avqust 2023 09:30
283

STAR NEZ dizel yanacağı istehsalını artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2023-cü ilin may ayında 590 643 ton dizel yanacağı istehsal edib. 2022-ci ilin həmin ayında isə bu göstərici 574 577 ton olub.

“İki sahil” xəbər verir ki, bu barədə Trend Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən məlumat yayıb.

Qeyd edilib ki, 2023-cü ilin may ayında NEZ-də dizel yanacağı istehsalı illik hesablamada 2,8 faiz artıb.

SOCAR Türkiye STAR NEZ-də 2023-cü ildə 12 milyon tondan çox neft emal etməyi planlaşdırır. Neft-kimya məhsullarının istehsalında Qara dəniz regionu, Afrika ölkələri və bir sıra digər ölkələrdən xam neftdən istifadə olunur.

Qeyd edək ki, STAR NEZ 2018-ci ilin oktyabrında işə salınıb.

STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 000 barel xam neft emal etmək gücündədir.