04 avqust 2023 11:29
340

Avropada təbii qaz 1,5 % bahalaşıb

Avropada təbii qazın birja qiymətləri ticarətin açılışında 1,5 % artıb.

“İki sahil” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın sentyabr fyuçerslərinin qiyməti ticarət gününü 354,2 ABŞ dolları ilə (+2,2 %) başlasa da, sonradan 351,9 ABŞ dollarına (1,5 %) satılıb.

Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (1 000 kubmetr üçün - 346,6 ABŞ dolları) əsasən hesablanır.