Sosial şəbəkələrdə Bakıda azyaşlı oğlanın yeniyetmələr tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb.
“İki sahil” xəbər verir ki, kamera görüntülərindən aydın olur ki, hadisə iki gün əvvəl-avqustun 2-də qeydə alınıb.
Hələ ki, şəxsiyyətləri məlum olmayan iki şəxs mağazanın qarşısında oturan azyaşlıya şiddət göstərir, daha sonra telefonla çəkirlər. Videoda bildirilir ki, bundan sonra uşaq ağlaya-ağlaya evə gedərək hadisəni anasına danışıb və kameralar açdırılıb. Daha sonra 102 “Qaynar xətti”nə müraciət edilib.
Maraqlıdır ki, bütün bunlar insanların gözü qarşısında baş versə də, müdaxilə edən olmur. Yalnız sonda həmin azyaşlı məkandan uzaqlaşdırılır.
DİN-in Mətbuat xidmətindən bilidirilib ki, sözügedən hadisədən xəbərdardırlar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Təhlükəsizlik kamerasına düşmüş həmin görüntüləri təqdim edirik:
“Akademik Zərifə Əliyevanın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”
WUF13-ün təşkilində dayanıqlılıq, karbon izinin azaldılması və ekoloji idarəetmə istiqamətində mühüm əməli addımlar artıq həyata keçirilib
Bakının 4 rayonunda sel və daşqınların təhlükəsizliyi ilə əlaqədər istinad divarları tikiləcək