Ağdam sənaye parkına 176 milyon manat investisiya qoyulacaq.
“İki sahil” Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bu vəsait 19 rezident və 6 qeyri-rezident tərəfindən ayrılacaq.
Həmçinin Ağdam Sənaye Parkında 25 subyekt tərəfindən 1,7 min iş yerinin açılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanın sənaye zonalarında bütünlükdə 134 sahibkarlıq subyekti rezident statusu alıb, bunlardan 68-i istehsal fəaliyyətinə başlayıb. Onların investisiyalarının ümumi həcmi 7,2 milyard manatdan çoxdur.
SOCAR-ın üçüncü rüb göstəriciləri: qazma işlərində artım, hasilat və ixracın mənzərəsi
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub