07 avqust 2023 11:50
325

Yevlax Pilot Aqroparkında daha 1 milyon manat dəyərində intensiv meyvə bağları salınacaq

Yevlax Pilot Aqroparkda fərdi sahibkar Əli Əhmədova və "Kronos Agro" MMC-yə rezident statusu verilib.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

"Rezidentlər tərəfindən 61,9 hektar sahədə investisiya həcmi 938,4 min manat olan intensiv meyvə bağları salınacaq, 19 nəfər daimi, 128 nəfər isə mövsümi işlə təmin ediləcək", - nazir qeyd edib.