07 avqust 2023 15:27
514

Azərbaycanda 2 sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

Bu barədə “İki sahil”ə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar avqustun 2-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar könüllü müraciət əsasında ləğv olunub.