09 aprel 2016 21:23
222

MN: Növbəti əməliyyat keçiriləcək

Saat 16.00-dan 19.00-dək hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılmasına başlanacaq

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Aprelin 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən, hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.