İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 15-də, 22-də və 29-da növbəti dəfə özəlləşdirmə hərracları keçirəcək.
Qurumdan “İki sahil”ə verilən məlumata görə, avqustun 15-də təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi və obyekti, 43 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri, yeraltı dayanacaq və avtomobillər var.
Avuqstun 22-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1991-2011-ci illər arasında dəyişir.
Avqustun 29-da təşkil olunacaq hərracda isə 7 səhmdar cəmiyyətin səhm paketinin, 7 kiçik dövlət müəssisəsi və obyektinin, həmçinin 31 nəqliyyat vasitəsinin özəlləşdirilməsi imkanı yaradılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye sahəsinə aiddir. Bu səhmdar cəmiyyətlərin səhm paketi nizamnamə kapitalının 30%-ni təşkil edir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə BURADAN linki vasitəsilə tanış olmaq olar.
Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəlib
Azərbaycan və Slovakiya arasında standartlaşdırma və metrologiya sahəsində əməkdaşlıq güclənir