Bu ilin iyulun 1-ə Naxçıvanda fəaliyyət göstərən banklarda əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 15 milyon 228,5 min manat təşkil edib.
“İki sahil” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan Muxtar Respublikası İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 % çoxdur.
Bunun 95,3 %-i və ya 14 milyon 507,8 min manatı milli valyutada, 4,7 %-i və ya 720,7 min manatı isə xarici valyutada qoyulub. Bu da, illik müqayisədə 22,1 % çox və 7,7 % azdır.
SOCAR-ın üçüncü rüb göstəriciləri: qazma işlərində artım, hasilat və ixracın mənzərəsi
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub