Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Voronej, Belqorod və Lipetsk vilayətləri üzrə idarəsinin mütəxəssislərinin iştirakı ilə, Azərbaycana süd məhsullarının ixracında maraqlı olan Voronejin 2 müəssisənin auditini aparıb.
“İki sahil” bu barədə "Rosselxoznadzor"a istinadla xəbər verir.
Məlumata görə, onlayn rejimdə istehsal müəssisələrinin işi nümayiş etdirilib. Azərbaycan tərəfi istehsalat sahələri, saxlama anbarları ilə tanış olub. Daha sonra, auditin iştirakçıları süd məhsullarının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə baxıblar.
Müəssisələrin mütəxəssisləri istehsalın müxtəlif mərhələlərində nəzarətin həyata keçirilməsi, hazır məhsulların saxlanması, Azərbaycanın baytarlıq tələblərinə riayət edilməsi, o cümlədən məhsulların markalanması, akkreditə olunmuş laboratoriyalarda yoxlanması barədə məlumat veriblər.
SOCAR-ın üçüncü rüb göstəriciləri: qazma işlərində artım, hasilat və ixracın mənzərəsi
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub