Elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumatın təqdimedilmə forması və müddəti müəyyənləşdiriləcək.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Ödəniş xidmətləri haqqında” qanunda əksini tapıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumatın təqdimedilmə formasını və müddətini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
SOCAR-ın üçüncü rüb göstəriciləri: qazma işlərində artım, hasilat və ixracın mənzərəsi
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub