10 avqust 2023 10:36
316

“LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işləri yekunlaşıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərini yekunlaşdırıb.

“İki sahil” ASCO-ya istinadən xəbər verir ki, gəmi ilə “Lam-B” platformasından “Lam-C” platformasına və "Lam-B" platformasından "Lam-28" platformasına qədər 4 düyümlük qaz boru xətti çəkilib.

Ümumilikdə 5 kilometr uzunluğu olan xəttin çəkilişi üzrə işlərə cari ilin martında başlanılmışdı.