“Upstream”ın cümə axşamı verdiyi məlumata görə, “Shell” Malayziya sahilində potensial qazma imkanlarını araşdırmaq məqsədi ilə gələn həftə geofiziki tədqiqatlara başlamağa hazırlaşır.
Tədqiqatın aparıldığı ərazidə əməliyyatların sentyabr ayına qədər davam edəcəyi gözlənilir.
“ Shell” MLNG, SK 439 və SK 440 hasilatın pay bölgüsü müqavilələri daxil olmaqla Sarawak dənizində qazma işləri aparacaq.
Qeyd edək ki, 2022-ci ilin mart ayında “Shell” şirkəti Malayziyanın dövlət enerji şirkəti “Petrona”s ilə Sabah və Saravak dənizində neft və qaz kəşfiyyatı üzrə hasilatın pay bölgüsü müqaviləsi imzalayıb. Malayziyanın “Petroleum Sarawak Exploration and Production” (PSEP) şirkəti “Shell”in SK 439 və SK 440 bloklarında şərikidir.
“Malayziyada “PETRONAS” ilə uzun və uğurlu tərəfdaşlığımız davam edir, çünki biz birlikdə sabahın enerjisini maliyyələşdirərkən bu günün enerjisini təmin etməyə çalışırıq. Mən Malayziyada davamlı enerji sənayesini inkişaf etdirmək üçün gələcək uğurlu əməkdaşlığı səbirsizliklə gözləyirəm”, - deyə “Shell” rəsmisi bildirib.
Leyla Şıxəli, “İki sahil”