11 avqust 2023 18:37
435

ING: Azərbaycan manatının məzənnəsi 2026-cı ilə kimi sabit qalacaq

Azərbaycan manatının məzənnəsi 2026-cı ilə kimi sabit qalacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING-nin (Internationale Nederlanden Groep) qlobal iqtisadi proqnozunda bildirilib.

Korporasiya Azərbaycan manatının 2023, 2024 və 2025-ci illər üzrə ABŞ dolları qarşısında məzənnəsini 1.70 AZN müəyyən edib.