Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov I Pakistan Beynəlxalq Turizm İnvestisiya Sərgisində iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə səfir “Twitter”də paylaşım edib.
O, sərgidə iştirak və çıxış etməkdən məmnunluğunu bildirib.
“I Pakistan Beynəlxalq Turizm İnvestisiya Sərgisində iştirak etməkdən və çıxış etməkdən məmnunam. Sərgidə tamaşaçılara zəngin mədəniyyət, tarix, təbii gözəllik, Şərq və Qərbin nadir memarlıq xüsusiyyətlərini özündə birləşdirən, kəşfə dəyər olan Azərbaycanın turizm potensialı haqqında məlumat verilib”, - deyə o qeyd edib.
SOCAR-ın üçüncü rüb göstəriciləri: qazma işlərində artım, hasilat və ixracın mənzərəsi
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub