15 avqust 2023 09:27
377

ADY: Maşinist vəsiqəsi üçün müraciət edənlərin 27 faizi imtahanı uğurla verib

“Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə keçirilən təlimlərə maşinist vəsiqəsi üçün müraciət edənlərin 27 faizi imtahanı uğurla bitirib.

“İki sahil” xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ADY-dən və kənar təşkilatlardan ümumilikdə 349 nəfər maşinist və maşinist köməkçiləri üçün 3 mərhələli imtahan prosesinə qatılıb.

Sonda 92 namizəd dəmiryol nəqliyyatının idarə edilməsi hüququnu təsdiq edən vəsiqəyə sahib olub.

Kənar qurumlardan müraciət edən 38 namizəddən 15-i imtahanı uğurla başa vurub.