Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,9 % çoxdur.
7 aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,9 % azalıb, idxal isə 27,5 % artıb.
Son nəticədə xarici ticarətdə 11 milyard 220 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 25,6 % azdır.