Türkiyə xüsusi xidmət orqanları Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətli işi üzrə daha bir nəfəri saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Milliyet” nəşri yazıb.
Qeyd olunub ki, 2016-cı ilin 9 dekabrında Ankarada sərginin açılışında rusiyalı diplomatı güllələyən və hadisə yerində öldürülən polis əməkdaşı Mevlüt Merta Altıntaşın həyat yoldaşı nəzarətə götürülüb.