15 avqust 2023 16:20
447

Aİ missiyası Ermənistan MN-in məlumatını yalan adlandırıb

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Ermənistan Müdafiə Nazirliyinin Aİ müşahidəçilərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması barədə bəyanatını yalan adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı Monitorinq Missiyası məlumat yayıb.

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkzib edib.

Bildirilib ki, Aİ müşahidəçiləri hədəf alınmayıb və atəşə tutulmayıb.