Xəbər verdiyimiz kimi, ABŞ istehsalı olan “Barbi” filminin izlənilməsi bir çox ölkədə qadağan edilib.
“İki sahil” xəbər verir ki, bu siyahıya Əlcəzair də əlavə olunub. Belə ki, sözügedən ölkədə də ekran işinin nümayişi dayandırılıb.
Əlcəzairin Mədəniyyət və İncəsənət Nazirliyi tərəfindən kinoteatrlara dərhal filmi yayımdan geri götürmələri ilə bağlı xəbərdarlıq ünvanlanıb. Qərarın səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl homoseksuallığı təbliğ etdiyi üçün filmin Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərində izlənilməsi qadağan olunub.
Layihədə baş rolları Marqo Robbi və Rayan Qoslinq canlandırıb.
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq