Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev azad olunmuş ərazilərdə dislokasiya olunan bir neçə hərbi hissəni ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Hərbi hissələrdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətlə görüş keçirilib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə olduğu kimi hərbi sahədə də durmadan inkişaf etdiyini bildirib. Vətən müharibəsində qazanılan şanlı qələbənin bunun bariz nümunəsi olduğunu qeyd edib.
Hərbi qulluqçularla görüşlər zamanı döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, kollektivdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, həmçinin şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın, hüquq qaydalarının möhkəmləndirilməsi və digər məsələlər barədə söhbətlər aparılıb.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
“Sosial saat”ın budəfəki buraxılışı "Çağrı mərkəzi"ndə xidmətlərin təşkili və təkmilləşdirilməsi mövzusuna həsr olunub
Respondentlərin 72 faizi energetik içki olmayan məhsulları energetik içki kimi qiymətləndirib
Arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib