17 avqust 2023 13:23
294

AMB valyuta hərracında banklara satılan dolların həcmini açıqlayıb

17 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

Bu barədə "İki sahil"ə Azərbaycan Mərkəzi Bankdan bildirilib. Məlumata görə, hərracda tələb 41.3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 23.7% azdır. Belə ki, 15 avqustda keçirilən valyuta hərracında banklar 54.1 milyon dollar alış həyata keçirib.

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.