18 avqust 2023 10:47
324

Mikayıl Cabbarov DSX əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin edən sərhədçilərimizi peşə bayramı münasibəti ilə təbrik edib.

“İki sahil” xəbər verir ki, nazir bu barədə öz “twitter” hesabında paylaşım edib.

Nazir onlara vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsi sahəsindəki yorulmaz və şərəfli fəaliyyətlərində uğurlar və nailiyyətlər arzulayıb.