18 avqust 2023 14:21
337

Türkiyədə avtobus aşıb, 15 nəfər yaralanıb- FOTO

Türkiyənin Artvin şəhərinin Yusufeli rayonunda sərnişin avtobusu qəza törədərək aşıb. Nəticədə 15 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Cümhuriyyət” nəşri məlumat yayıb.

Bildirilib ki, qəzaya səbəb avtobusun təkərinin partlaması olub.

Yaralılar xəstəxanaya çatdırılıb.