Cari ilin yanvar-iyun aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 20,6 faiz, real ifadədə 16,9 faiz artaraq 1 milyard 773,3 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,1 faiz), Türkiyəyə (28,9 faiz), Gürcüstana (10,2 faiz), İsveçrəyə (3,9 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Özbəkistana (1,3 faiz), İtaliyaya (1,2 faiz), Rumıniyaya (1,1 faiz), Çinə (1,1 faiz), Belçikaya (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
SOCAR-ın üçüncü rüb göstəriciləri: qazma işlərində artım, hasilat və ixracın mənzərəsi
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub