13 aprel 2016 16:22
101

Fransalı cinayətkar Azərbaycanda tutuldu

Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən  tədbirlər nəticəsində Qazax rayonunun Şıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikasına  keçərkən  Fransa vətəndaşı,  27.09.1979-cu il təvəllüdlü Malavialle Olivye Alain saxlanılıb.

“İki sahil” xəbər verir ki, Fransanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən qeyd olunan şəxs Fransa, Polşa, Serbiya, Slovakiya, Rumıniya kimi ölkələrdə törətdiyi qanunsuz hərəkətlər, zorakılıq halları, oğurluq, ictimai əmlaka ziyan vurma, ictimai asayişin pozulması, narkotik vasitələrin istifadəsi ilə əlaqədar cinayətlərə görə dəfələrlə məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxs barəsində müvafiq tədbir görülməsi üçün Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

Məhərrəm Ağalaroğlu