Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi vasitəsilə 6 381 müraciət daxil olub.
"İki sahil" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunlardan 6 196-sı cavablandırılıb.
İqtisadiyyat Nazirliyi və onun qurumlarına "195-1" Çağrı Mərkəzi vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Mərkəzin göstərdiyi xidmətlər ödənişsizdir.