21 avqust 2023 12:23
295

Azərbaycana xaricdən pul köçürmələri 18% azalıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmələri vasitəsi ilə 2 milyard 787.8 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 367.6 milyon manata bərabər olub.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyul aylarına nisbətən Azərbaycana pul köçürmələri 18.3% və ya 626.4 milyon manat, ölkədən xaricə köçürmələr isə 39% və ya 235.6 milyon manat azalıb.