Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də yeni təyinat olub.
“İki sahil” xəbər verir ki, qurumun İnformasiya Texnologiyaları departamentinin direktoru vəzifəsinə Ceyhun Qarayev təyin edilib. Buna qədər isə o, həmin departamentin İnformasiya texnologiyaları infrastrukturu şöbəsinin müdiri kimi çalışıb.
Qeyd edək ki, bundan öncə “AzInTelecom” MMC-nin İnformasiya Texnologiyaları departamentinin direktoru vəzifəsini Əmir Vəlibəyov icra edib. C.Qarayevin xələfi bu ilin iyun ayında tutduğu vəzifədən ayrılmışdı.
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb