Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC Bakıda keçirilən Şahmat üzrə Dünya Kuboku münasibətilə poçt markası buraxıb.
“İki sahil” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, yeni marka 4 000 tirajla, blok şəklində hazırlanıb və dövriyyəyə buraxılıb. Onları “Azərpoçt”un İdarə Heyətinin sədri Əfqan Cəlilov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov möhürləyib.
Xatırladaq ki, Şahmat üzrə Dünya Kuboku iyulun 30-dan başlayıb, avqustun 25-nə qədər davam edəcək. Sayca 10-cu dəfə təşkil olunan Dünya Kubokunun “Open” yarışında 309 şahmatçı iştirak edir. Azərbaycan şahmatçısı Nicat Abasov yarımfinala qədər irəliləməklə Dünya Kubokunun ən güclü 4 iştirakçısından biri olduğunu nümayiş etdirib.
Bu, 2015-ci ildən sonra Bakıda təşkil olunan sayca ikinci yarışdır.
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb