13 aprel 2016 22:45
439

Moskvanın ən yeni silahları Azərbaycan sərhədində

Şimali Qafqazda topçular ən yeni hərbi texnika və silahların iştirakı ilə təlimlər keçiriblər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Silahlı qüvvələri Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.

Təlimlər Şimali Osetiya, Dağıstan, Çeçenistan və Cənubi Osetiyanın ərazisində keçirilib.

“Təlimlərin gedişatında xüsusi diqqət “Zoopark-1” ən yeni radiolokasiya kompleksləri, “Xrizantema-S” özüyeriyən tank əleyhinə raket kompleksləri, "Msta-S" özüyeriyən artilleriya sistemləri, “Tornado-Q” reaktiv yaylım atəş sistemləri və “Podnos” minaatan sistemlərinin mənimsənilməsinə ayrılıb”, - xəbərdə deyilir.

Təlimlərdə 3,5 mindən çox topçu, o cümlədən silah və hərbi texnikanın təxminən min vahidi iştirak edib.