“Azərbaycan Dəmir Yolları’’ QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar yüklərin təyinat stansiyalarına vaxtında çatdırılmasını təmin etmək məqsədilə biznes müştərilərə alternativ marşrut təqdim edir.
"İki sahil” “Azərbaycan Dəmir Yolları’’na istinadən xəbər verir ki, yeni marşrut ilə yüklər gəmilərlə Türkiyənin Dərincə, Mersin, Alsancaq, Marport və Evyap limanlarından Gürcüstanın Poti və Batumi limanlarına çatdırılacaq. Limanlarda konteynerlər platformalara aşırılaraq dəmir yolu vasitəsilə Bakı limanına daşınacaq.
Daha sonra yük Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına, oradan da dəmir yolu vasitəsilə Orta Asiyadakı təyinat stansiyalarına göndəriləcək.
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub
"Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib
Bakı Limanında intermodal yük terminalının yaradılması ilə bağlı sənəd imzalanıb