24 avqust 2023 11:50
312

Traktor qaz xəttini zədələyib, bəzi ərazilərin qaz təchizatında fasilə yaranıb

"Sumqayıt-Yaşma" magistral qaz xəttini traktor qazma işləri aparan zaman zədələdiyi üçün qəza halı ilə əlaqədar olaraq qaz təchizatı 24.08.2023-cü il tarixdə saat 10:10-dan dayandırılıb.

"Azəriqaz" İB-dən "İki sahil"ə verilən məlumata görə, Xızı və Siyəzən rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Hal-hazırda təmir-bərpa işləri aparılır.