Avqustun 26-dan sentyabrın 7-nə qədər Azərbaycanda ilk dəfə sığorta festivalı keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev bildirib.
Onun sözlərinə görə, tədbir təmsil etdiyi qurumun, eləcə də Azərbaycan Mərkəzi Bankı və İcbari Sığorta Bürosunun əməkdaşlığı çərçivəsində baş tutacaq.
Festivalın əvvəlcə Bakıda - Dənizkənarı Milli Parkın ərazisində, daha sonra isə regionlarda - Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki və Zaqatalada keçirilməsi nəzərdə tutulub. Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “edutatement” ("təhsil") formatında təşkil olunacaq.
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub
"Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib
Bakı Limanında intermodal yük terminalının yaradılması ilə bağlı sənəd imzalanıb