Türkiyənin “TV8” telekanalı Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi ilə “MasterChef Türkiye” kulinariya yarışmasının növbəti buraxılışını Azərbaycana həsr edib.
“İki sahil” xəbər verir ki, DTA-dan bildirilib ki, Dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.
Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzərələrindən kadrlar təqdim olunur.
“MasterChef Türkiye”nin Azərbaycan buraxılışı 24 avqust Bakı vaxtı ilə 21:00-da Türkiyənin “TV8” telekanalında yayımlanacaq.
Gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib