YAP Şərur rayon Təşkilatının Qışlaqabbas kənd ərazi partiya təşkilatında, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında sərəncamına uyğun olaraq “Məğrurluq abidəsi - Laçın” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Şərur rayon təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Əmir Babayev geniş məruzə edərək Laçın rayonun tarixi, işğalı, onun təbiəti və İkinci Qarabağ müharibəsində cənab prezident İlham Əliyevin təşəbüsü ilə sülh yolu ilə azad olunması haqqda geniş məruzə edib. Azərbaycanın işğaldan azad olunan digər ərazilərindəki yaşayış yerlərinin yenidən qurulması, ağıllı şəhərlərin salınmasını və Azərbaycan Respublikasının günü-gündən inkişafı haqqında ətraflı məlumat verib.
Bundan sonra Naxçıvan MR Ali Məclisinin deputatı Turan Həsənova, YAP İbadulla kənd ərazi partiya təşkilatının sədri Sərnaz Həsənova çıxış ediblər. Laçın rayonunun bugünki inkişafı və işğaldan azad olunmuş ərazilərə qayıdış haqqda məlumat veriblər.
Məktəbli Fatimə Əhmədova “Laçın Azərbaycandır” adlı şeir səsləndirib. Tədbirin sonunda partiyaya yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim edilib.