Gürcüstan “Geosky” aviaşirkətinin törəməsi - “Georgian Wings" beynəlxalq uçuşlara başlamağa hazırlaşır, onun ilk istiqaməti Azərbaycan olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilir ki, sentyabrın 6-dan Tbilisi-Bakı-Tbilisi istiqamətində aviareyslər yerinə yetiriləcək. Uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Amma biletlər hələ satışa çıxarılmayıb.
İndiyə qədər Tbilisi-Batumi-Tbilisi marşrutu ilə həftədə 12 dəfə uçuşlar həyata keçirən “Georgian Wings” bu günlərdə 70 sərnişin tutumlu, İtaliya-Fransa istehsalı olan ATR-72 markalı təyyarə alıb. Bu da aviaşirkətə parkını böyütməklə daxili reyslərdən beynəlxalq reyslərə keçməyə imkan verəcək.
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub
"Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib
Bakı Limanında intermodal yük terminalının yaradılması ilə bağlı sənəd imzalanıb