İspaniya polisi 9,5 tona yaxın kokain müsadirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniya Polisi məlumat yayıb.
Məlumata əsasən, Ekvadordan gələn banan yükü yoxlanan zaman yeşiklərdə gizlədilmiş narkotik vasitə aşkarlanıb.
Həmçinin əlavə olunub ki, böyük partiyada narkotik vasitə Avropadakı kriminal dairələr tərəfindən qəbul edilməli idi, lakin həmin cinayətkar təşkilatların və şəbəkələrin adı çəkilməyib.
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub
"Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib
Bakı Limanında intermodal yük terminalının yaradılması ilə bağlı sənəd imzalanıb