Sentyabrın 20-21-də Azərbaycan Dəniz Mühəndisliyi və İnşaat MMC (AMEC) tərəfdaşlığı və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) təşkilatçılığı ilə “Qara dəniz-Xəzər logistika 2023: dəhlizlər, yüklər, infrastruktur” forumu keçiriləcək.
Bu barədə ABADA-dan məlumat verilib.
Bildirilib ki, forumda müasir reallıqlar, logistika şirkətlərinin və yük sahiblərinin Qara dəniz və Xəzər dənizi ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizlərindən fəal istifadəsi və bu dinamikada yeni xidmətlərin, marşrutların və infrastrukturun inkişafı məsələləri müzakirə ediləcək.
Həmçinin forum çərçivəsində Qara dəniz və Xəzər regionunun logistika sənayesinin peşəkarları ilə birlikdə cari bazar problemləri istiqamətində müzakirələr aparılacaq.
AZƏRTAC
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub
"Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib
Bakı Limanında intermodal yük terminalının yaradılması ilə bağlı sənəd imzalanıb