"Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisini su basıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, FHN-in "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Bununla əlaqədar olaraq nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hal-hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.
Gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib