29 avqust 2023 13:05
312

Könüllülər üçün növbəti layihə başa çatıb - FOTO

“Könüllülər üçün insan resurslarının idarəedilməsi üzrə baza təlimləri” layihəsi başa çatıb.

“İki sahil” xəbər verir ki,  layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və AİRA-nın tərəfdaşlığı ilə baş tutub.

2 ay müddətində davam edən layihənin əsas məqsədi gənclər arasında insan resurslarının əsas funksiyalarını, mahiyyətini aşılamaq, iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalını inkişaf etdirməkdir.

Layihə müddətində iştirakçılar üçün 4 modul üzrə praktiki təlimlər təşkil olunub:

“İnsan resurslarının idarə edilməsi”

“İşə  qəbul və seçim mərhələləri”

“Əmək məcəlləsi və kadr kargüzarlığı”

“Əmək haqqının hesablanması”

Qeyd edək ki, layihədə 16-25 yaş aralığında qeydiyyatdan keçmiş, ali təhsilli və bu sahədə karyera qurmaq istəyən 30 gənc iştirak edib.